Sakrebulonun İclası

 

Marneuli Munisipalitetində Altıncı Çağırış Sakrebulonun Birinci İclası Baş Tutdu
20 2017
 

Mərkəzi Seçki Komisiyasının 248 ci nizamnaməsı əsasında bu gün, noyabrın 20 də Marneuli Munisipalitetinin altıncı çağırış Sakrebulosunun birinci iclası keçirildi. İclasda Marneuli Meri, Temur Abazov iştirak etdi. O, Sakrebulo Deputatlarını layiqli qalibiyyət münasibəti ilə təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı, qeyd etdi ki, birgə iş əsasında Marneulinin daha yaxşı inkişafı üçün bir çox layihələr həyata keçirmək mümkün olacaq. Marneulinin yeni seçilən Sakrebulosunun birinci iclasını MSK-nın Marneulidəki nümayəndəliyinin sədri Koba Asanidze açdı. O, Sakrebulo üzvlərinə müraciətlə seçkiləri yekunlaşdırdı, Marneuli Munisipalitetinin Sakrebulosuna 2017 ci il 21 oktyabr seçkilərinin vahid protokolunu təqdim etdi və seçkilərin nəticələri sənədlərini yeni seçilən Sakrebulonun ağsaqqal üzvünə Əşrəf Dükənova təqdim etdi. Sakrebulo iclasının planı əsasında müxtəlif mövzuları müzakirə etdilər. Sakrebulo iclasında Müvəqqəti mandat komissiyasını seçdilər və müvəqqəti səs hesablayan komissiyanı seçdilər. Həmçinin Sakrebulo və onun üzvlərinin səlahiyyətlərini tanıdılar. Elə bu gü çoxluğun təqdimatı ilə Sakrebulonun Sədri vəzifəsinə Amiran Qiorqadzenin namizdliyi irəli sürüldü, əticədə isə gizli səs vermə yolu ilə altıncı çağırış Sakrebulosunun Sədri vəzifəsinə Amiran Qiorqadzenin namizəıdliyi təsdiqləndi. Sakrebulonun yeni seçilmiş Sədri öz müavini vəzifəsinə Mamuka Naverianinin namizədliyini irəli sürdü. Gizli səsvermə nəticəsində Sakrebulo üzvlərinin çoxu Mamuka Naverianinin namizədliyini təsdiqlədilər. Bu gün Sakrebulo iclasında eyni zamanda Sakrebulonun nizamnaməsi(qaydaları), Sakrebulo aparatıın, Merin və Meriyanın struktur vahidlikləri nizamnamələri təsdiqlədi. Gürcüstan Hökuməti tərəfindən tərtib olunmuş maksimal miqdarda Munisipalitet Merinin vəzifə əmək haqqının müəyyən edildi. Meriya və onun struktur vahidliklərinin işçi siyahısı təsdiqləndi. 2017 ci il 21 oktyabr Özünüidarəetmə seçkilərinin nəticəsi olaraq Marneuli Munisipalitetinin 35 deputatı oldu. “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası 31 deputat ilə təmsil olunacaq, buradan 20 majoritar sistem ilə, yalız 11 nəfəri siyahı ilə təsdiqləndi. “Bakradze Uqulava-Avropalı Gürcüstan”-3 deputat ilə, “Vahid Milli Hərəkat” isə 1 deputat ilə Sakrebuloda təmsil olunacaq.

 
 
: 11530
 
 
 
Sakrebulonun İclası
27 2018
5056
27 2018
6544
20 2018
6068
28 2018
6009
05 2018
6321
20 2018
6387
06 2018
6410
18 2018
7439
12 2018
6567
30 2017
6768
21 2017
6335
11 2017
6585
29 2017
6676
24 2017
8047
 
 
02 2024
73
03 2024
815
22 2020
15946
22 2017
29192
00
21854
09 2017
28758
30 2016
30736
27 2016
30013
02 2016
28459
26 2016
27935
2024
12345
6789101112
13141516171819
20212223242526
2728293031